Ətraflı

"Ölü stok" problemi və ya biz sizə necə kömək edə bilərik...

Dəyərli tərəfdaşlar Bu yazımızda inşaat kimyəviləri istehsalında istifadə olunan xammallarla bağlı stok problemlərindən bəhs edəcəyik. Bildiyiniz kimi, bütün biznes vahidləri "ölü stok" və ya "ağır hərəkət edən stok" problemləri ilə üzləşir. Bunun müxtəlif səbəblərini qeyd etmək mümkündür. Lakin əsas səbəb kimi qeyri-dəqiq satış proqnozları və onun nəticəsi olaraq ehtiyacdan artıq tələb formalaşdırılması, daha uyğun alternativlərin tapılması ilə alınan malların istifadədən kənar qalması, son istifadə tarixlərinin yaxın olması, ehtiyatlı stok səviyyəsinin düzgün müəyyən edilməməsi, səhv koordinasiya, logistik və tədarük risklərinin düzgün qiymətləndirilməməsini qeyd edə bilərik. Müasir dövrdə qabaqcıl müəssisələr süni zəka (AI) və inkişaf etmiş proqramlaşdırma təminatlarının köməyi ilə bu problemləri minimuma endirməyə çalışır. Problemin tam həlli hələlik mümkünsüz görünür. Bu da bəzi risklərin hesablamaya daxil edilməməsi ilə bağlıdır. Əlbəttə, belə həllər o qədər də ucuz deyil və müəyyən maliyyə yükünü özündə ehtiva edir. Kiçik miqyaslı şirkətlərdə bəzi hallarda bu problemin həllini rəhbər şəxslər üzərinə götürür və sifariş miqdarlarını "məcburi qaydada" minimallaşıraraq müəyyən dərəcədə buna nail olurlar. Lakin belə həllin görünməyən mənfi təsirləri (itirilən satışlar, daha bahalı xammal və s.) heç də həmişə nəzərə alınmır. Optimal xammal sifarişi üçün atılması zəruri olan addımlar aşağıdakılardır: - maksimal doğru satış və istehsal proqnozlarının verilməsi - fərqli variantlar üçün maya dəyərinin müqayisəli kalkulyasiyasının aparılması - departamentlər arasında vəzifə bölgüsünün doğru aparılması və məsuliyyət paylarının müəyyənləşdirilməsi - anbar analizinin davamlı aparılması və adekvat reaksiyanın verilməsi - qlobal siyasi və iqtisadi trendlərin izlənməsi, təchizat zincirində baş verə biləcək risklərin müəyyənləşdirilməsi və lazımi önləyici tədbirlərin görülməsi və s. Göründüyü kimi, bütün hallarda miqyasından asılı olaraq əksər müəssisələr "ölü stok" problemini yaşamaqdadır. Bəlkə də bu sətirləri oxuyarkən ani olaraq anbarınızda göz dağı olan xammalların verdiyi mənəvi və maddi zərərlərindən qurtulmağı düşünürsünüz. Bu işdə biz sizə yardımçı ola bilərik. Necə ??? Elə isə yaxın oturun. Sizin üçün "ölü" olan bir mal başqası üçün axtarılan mal ola bilər. Şirkətlər bəzən ticari sirrin qorunması üçün rəqiblərinə məlumat ötürmək istəmirlər. Bu yerdə "CHEMPARK MMC" şirkətimiz sizin müstəqil tərəfdaşınız olaraq "ölü stoklarınızı" onlara ehtiyacı olan şirkətlərə təklif etməklə (satışını təşkil etməklə) aşağıdakı töhfəni vermiş oluruq: - anbarınızda sərbəst yer açılır. - provizyon zərərindən qaçmış olursunuz. - mal və materialları "zibil poliqonuna" atmamaqla həm ekologiya dostu olur, həm də əlavə xərc ödəmirsiniz. - sektorda olan "ölü stok"ları dövriyyəyə cəlb etməklə idxal xərclərinin azaldılması ilə ölkənin ticarət balansının yaxşılaşmasına xidmət göstərmiş olursunuz. - və ən əsası, qızıldan dəyərli vaxtınızı "ölü stok"ların müzakirəsinə sərf etmirsiniz. Nə deyirsiniz, başlayaqmı ? Elə isə info@chempark.az ünvanımıza təkliflərinizi göndərin. Biz Sizi gözləyəcəyik...